İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi bəlli olub.
London təmsilçisinin rəsmi saytında bildirilir ki, "zadəganlar" yeni mövsümdən Mauritsio Poçettinonun rəhbərliyi altında mübarizə aparacaq. Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 51 yaşlı çalışdırıcı etimadı doğruldacağı təqdirdə müqavilənin daha 1 il uzadılması planlaşdırılıb. Qeyd edək ki, Mauritsio Poçettino son olaraq 2021-2022-ci illər mövsümündə Fransanın PSJ klubunun baş məşqçisi olub. “Çelsi” isə mövsümə Tomas Tuxelin rəhbərliyi altında başlayıb. Sonradan almaniyalı mütəxəssisi Qraham Potter əvəzləyib. Rəhbərliyin ümidlərini doğrultmayan Potter klubdan ayrıldıqdan sonra komanda “Çelsi”nin sabiq futbolçusu Frenk Lempardın öhdəliyinə verilib.